Ana səhifə / Dünya / Finlandiya Ukraynaya 198 milyon avroluq yeni hərbi yardım paketi göndərəcək Finlandiya Ukraynaya 198 milyon avroluq yeni hərbi yardım paketi göndərəcək 31.01.2025, 15:35 Nərmin Qocamanlı Finlandiya Müdafiə Nazirliyi Ukraynaya ümumilikdə 198 milyon avro dəyərində 27-ci hərbi yardım paketinin ayrıldığını açıqlayıb. Operativ Media xəbər verir ki, bu barədə departamentin mətbuat xidmətinə istinadən "Yle" məlumat yayıb. Təchiz olunan materialların siyahısı, çatdırılma müddətləri və üsulları ilə bağlı təfərrüatlar açıqlanmır. Qeyd olunur ki, yardım paketi razılaşdırılarkən Ukraynanın ehtiyacları və Finlandiyanın hərbi-sənaye kompleksinin imkanları nəzərə alınıb. Ümumilikdə, 2022-ci ildən Finlandiya Kiyevə hərbi ehtiyaclar üçün 2,5 milyard avro dəyərində silah və digər texnika göndərib. Teqlər: "Finlandiya Ukraynaya 198 milyon avroluq yeni h\u0259rbi yard\u0131m paketi g\u00f6nd\u0259r\u0259c\u0259k"
07.02.2026, 09:58 Enerji effektivliyi fondunun maliyyələşdirdiyi layihələrə dair tələblər təsdiqlənib
07.02.2026, 09:51 Avtomobili narkotik və psixotrop maddələrin təsiri altında idarə edən şəxs həbs edilib.