31 Yanvar 2025, 16:24
Beynəlxalq Olimpiya Komitəsi MOK-un medallarla bağlı müraciətinə cavab verib
“IOC müvafiq araşdırmalardan sonra medalların yenilənməsi qaydası ilə bağlı MOK-a əlavə məlumat verəcək”.
Beynəlxalq Olimpiya Komitəsi MOK-un medallarla bağlı müraciətinə cavab verib şəkil
Beynəlxalq Olimpiya Komitəsi MOK-un medallarla bağlı müraciətinə cavab verib

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) müraciətinə cavab verib.

Operativ Media xəbər verir ki, bu barədə MOK-un mətbuat xidmətindən bildirilib.

“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edən və medal qazanan Azərbaycan idmançılarından 5 nəfərin medalları keyfiyyətini itirib. Bu idmançıların müraciəti əsasında Milli Olimpiya Komitəsində lazımi araşdırmalar aparılıb və nəticəsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi məktubla müraciət olunub.

IOC-dan Milli Olimpiya Komitəsinə məlumat verilib ki, mükafat qazanan idmançılar haqqında məlumatlar və keyfiyyətini itirmiş medalların müxtəlif formalarda şəkilləri Beynəlxalq Olimpiya Komitəsinə göndərilsin.

“IOC müvafiq araşdırmalardan sonra medalların yenilənməsi qaydası ilə bağlı MOK-a əlavə məlumat verəcək”, - deyə MOK-a göndərilən məktubda bildirilib.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında medal qazanan yeddi idmançımızdan beşinin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kiloqram) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kiloqram) başqa, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kiloqram) qızıl, taekvondoçu Qaşim Maqomedovun (58 kiloqram), boksçu Alfonso Dominqesin (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kiloqram) bürünc medalları keyfiyyətini itirib.

Son xəbərlər
Pakistanda leysan yağışlar 11 nəfərin ölümünə səbəb olub
Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə danışıqlar aparıb
Emin Əmrullayev Ruandanın Türkiyədəki səfiri ilə görüşüb
"Sumqayıt" ilk transferini açıqladı
Rubio və Lavrovun müzakirə etdiyi məsələlər açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,4 milyondan çox sərnişinə xidmət edib
Rusiya Azərbaycandan idxal edilmiş 18 ton şaftalıda "ziyanverici bakteriya" olduğunu iddia edir
Azərbaycanda bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib