Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktını pisləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.
“Mənfur terror aktını ən kəskin şəkildə pisləyir, hücum zamanı həyatını itirənlərə Allahdan rəhmət, dost və qardaş Pakistan hökumətinə və xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”, - bəyanatda deyilir.