01 Fevral 2025, 13:38
Azərbaycan çempionatının açılış mərasimi keçirildi
Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Azərbaycan çempionatının açılış mərasimi keçirildi şəkil
Azərbaycan çempionatının açılış mərasimi keçirildi

Şahmat üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, ilk olaraq Dövlət Himni səsləndirilib.

Ardınca Vətən Müharibəsi şəhidlərinin, Bakı-Qroznı reysində həlak olanların və ölkə şahmatının inkişafında xidmətləri olan Qasım Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Turnirin tanıtım videoçarxı nümayiş etdiriləndən sonra püşkatma mərasimi keçirilib. Püşk mərasimində AŞF-nin baş katibi İlahə Qədimova və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli iştirak edib.

Qeyd edək ki, ölkə çempionatında 1-ci mərhələnin oyunları fevralın 1-i saat 15:00-da start götürəcək. Kişilərin yarışının mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Kişilərdə 26, qadınlarda 16 qrossmeyster ölkə çempionu adı uğrunda mübarizə aparacaq.

Son xəbərlər
DİM sədri: Ali məktəblərdə ödənişli əsaslarla olan yerlərin 90% dolacağı gözlənilir
Azərbaycanda büdcə xərclərinin proqram təsnifatı genişləndirilib
Son altı ayda əlilliyi olan 8,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib
"Karvan" yeni baş məşqçisini açıqladı
DYP sürücülərə xəbərdarlıq edib
"Qarabağ"ın rəqibi müəyyənləşir
Magistratura, rezidentura və kolleclərə tələbə qəbulu nəticələrinin elmi-statistik təhlilinin müzakirəsi keçirilir
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq