Menyu

Bu gün Böyük Dəbilqə turnirində 6 Azərbaycan cüdoçusu mübarizəyə başlayır

Əziz Əzizli
Bu gün Böyük Dəbilqə turnirində 6 Azərbaycan cüdoçusu mübarizəyə başlayır
1 dəq oxu

Paris Böyük Dəbilqə turnirinin ilk günündə 6 Azərbaycan cüdoçusu medallar uğrunda mübarizə aparacaq.

"Operativ Media" xəbər verir ki, fevralın 1-də Fransanın paytaxtı Paris şəhərində Böyük Dəbilqə turniri start götürür. 

Yarışın ilk günündə kişilər arasında 3 çəki dərəcəsində 6 cüdoçumuz tatamiyə çıxacaq. -60 kq. çəkidə Hüseyn Allahyarov və Əhməd Yusifov, -66 kq. çəkidə Ruslan Paşayev və Rəşad Yelkiyev, -73 kq. çəkidə Rəşid Məmmədəliyev və Vüsal Qələndərzadə güclərini sınayacaq.

Əlaqəli Xəbərlər