Menyu

Hidayət Heydərov 2024-cü ilin ən yaxşı cüdoçusu seçilib

Əsəd Abbaslı
Hidayət Heydərov 2024-cü ilin ən yaxşı cüdoçusu seçilib

Azərbaycan millisinin üzvü Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyası tərəfindən “İlin kişi cüdoçusu” adına layiq görülüb.

Bu barədə Operativ Media-a Azərbaycan Cüdo Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.

Hidayət Heydərov sevincini bu sözlərlə ifadə edib:

“Hər kəsi salamlayıram. Bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Mükafat təkcə mənim deyil, bütün Azərbaycan xalqının mükafatıdır. Mənim arxamda böyük bir komanda durur. Azərbaycan Cüdo Federasiyasına, ailəmə, sevənlərimə təşəkkür edirəm”.

Qeyd edək ki, H.Heydərov 2024-cü ildə 73 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa çempionu olub.

Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman isə Beynəlxalq Cüdo Federasiyası tərəfindən "Ən yaxşı kişi komanda məşqçisi" adına layiq görülüb. O, bununla bağlı hamıya təşəkkür edib:

“Möhtəşəm komandamıza dərin təşəkkürümü bildirirəm! Belə əzmkar atletlər, peşəkar məşqçilər və inanılmaz bir komanda ilə çalışmaq mənim üçün böyük şərəf idi. Mən tək yox, biz hamımız birlikdə tarix yazdıq. Hər birinizə minnətdaram”.

Teqlər:

"Hiday\u0259t Heyd\u0259rov 2024-c\u00fc ilin \u0259n yax\u015f\u0131 c\u00fcdo\u00e7usu se\u00e7ilib"

Əlaqəli Xəbərlər