XIX turda “Turan Tovuz”a 5:2 hesabı ilə qalib gələn Gəncə klubu XXI turda “Sabah”a qarşı məhsuldarlıq nümayiş etdirib – 3:2.
"Operativ Media" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Kəpəz” son 12 mövsümdə ilk dəfə ardıcıl iki dəfə qonaqların qapısına minimum 3 top vurub. Qərblilər sonuncu dəfə 2011/12 mövsümündə belə göstəriciyə imza atıb. Gəncə təmsilçisi 2012-ci ilin martında “Qəbələ”ni 3:2, “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Kəpəz”in evdə ardıcıl üç və ya daha çox top vurduğu oyunların sayındakı rekordu 7 matçdan ibarətdir. Bu seriya 1997-98-ci illərdə qeydə alınıb.
Teqlər:
"\"K\u0259p\u0259z\" son 12 m\u00f6vs\u00fcmd\u0259 ilk\u0259 imza at\u0131b"