Menyu

"Qarabağ" bu mövsüm ilk dəfə ölkə çempionatı oyununda 3 qol buraxıb

Əziz Əzizli
"Qarabağ" bu mövsüm ilk dəfə ölkə çempionatı oyununda 3 qol buraxıb

Ağdam klubu XXI turda səfərdə “Zirə”yə 2:3 hesabı ilə uduzub.

"Operativ Media" xəbər verir ki, fasiləyə 2:0 hesabı ilə öndə yollanan Qurban Qurbanovun komandası ikinci hissədə qapısında 3 qol görüb.

“Qarabağ” sonuncu dəfə ötən mövsümün “Turan Tovuz”la görüşündə 3 qol buraxmışdı. Mayın 17-də keçirilən ev qarşılaşmasında ağdamlılar 4:3 hesabı ilə qalib gəlib. 261 gün əvvəl də “Qarabağ” bir hissədə 3 top buraxıb.

Ötən tur “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi ardıcıl 2 məğlubiyyət alıb. Bu, son 7 mövsümdə ilk belə hadisədir. 2017/18 mövsümünün sonunda “Qarabağ” “Neftçi”yə 0:1, indi “Şamaxı” adlanan “Keşlə”yə 0:3 hesabı ilə uduzub.

Teqlər:

"\"Qaraba\u011f\" bu m\u00f6vs\u00fcm ilk d\u0259f\u0259 \u00f6lk\u0259 \u00e7empionat\u0131 oyununda 3 qol burax\u0131b"

Əlaqəli Xəbərlər