Menyu

Azərbaycan XİN Pakistanda baş verən terror aktını pisləyib

Nərmin Qocamanlı
Azərbaycan XİN Pakistanda baş verən terror aktını pisləyib
1 dəq oxu

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində baş verən terror aktı ilə bağlı paylaşım edib.

Operativ Media xəbər verir ki, XİN-nin "X" hesabında edilən paylaşımda deyilir: 

"Pakistan İslam Respublikasının Bəlucistan şəhərində terror aktı xəbərini dərin hüznlə qarşıladıq. Düşüncələrimiz və dualarımız qurbanların ailələri ilə birlikdədir və bu çətin zamanda Pakistanla həmrəyik. Terrorizmin dağıdıcı təsiri ilə üzləşmiş Azərbaycan bu təhlükəyə qarşı bütün səyləri dəstəkləməyə tam sadiqdir".

Əlaqəli Xəbərlər