03 Fevral 2025, 11:38
"Zirə"nin hücumçusu Avropa klublarının radarına düşüb
"Zirə"nin qvineyalı hücumçusu Salifu Suma bir çox Avropa klublarının transfer hədəfinə çevrilib.
"Zirə"nin hücumçusu Avropa klublarının radarına düşüb şəkil
"Zirə"nin hücumçusu Avropa klublarının radarına düşüb

"Zirə"nin sierra-leoneli hücumçusu Salifu Suma bir neçə klubun transfer hədəfinə çevrilib.

"Operativ Media" xəbər verir ki, 21 yaşlı forvard Ukraynanın bir neçə komandası da daxil olmaqla, bir neçə ölkənin klublarının maraq dairəsinə düşüb.

Bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkən Suma "Zirə"nin heyətində vacib fiqurlardan birinə çevrilib. Onun göstəriciləri və potensialı Avropanın bəzi klublarının marağına səbəb olub.

"Zirə" klubu bu ay Salifu Suma ilə müqaviləni 2027-ci ilədək uzadıb.

Qeyd edək ki, qvineyalı hücumçu bu mövsüm Azərbaycan Premyer Liqasında 19 oyuna 6 qol vurub, 4 assist edib.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb