Menyu

"Dinamo Kiyev" "Zirə"nin hücumçusunu transfer edir? - AÇIQLAMA

Əziz Əzizli
"Dinamo Kiyev" "Zirə"nin hücumçusunu transfer edir? - AÇIQLAMA

"Zirə" klubunun qvineyalı hücumçusu Salifu Suma bir çox Avropa klublarının maraq dairəsinə düşüb. Ukrayna mətbuatında yazılan xəbərlərə görə "Dinamo Kiyev" Salifu Suma üçün "Zirə"yə rəsmi təklif göndərib.

"Zirə" klubunun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə "Operativ Media"ya açıqlamasında xəbəri təkzib edib.

"Suma ilə bağlı son vaxtlar maraqlananlar var, amma "Dinamo"dan rəsmi təklif almamışıq".

Qeyd edək ki, Salifu Suma bu mövsüm Azərbaycan Premyer Liqasında 19 oyuna çıxıb, 6 qol vurub, 4 assist edib.

Teqlər:

"\"Dinamo Kiyev\" \"Zir\u0259\"nin h\u00fccum\u00e7usunu transfer edir? - A\u00c7IQLAMA"

Əlaqəli Xəbərlər