
AFFA-nın yeni baş katibi məlum olub. Futbolinfo az-ın əldə etdiyimi məlumata görə, istefa verən Sərxan Hacıyevi Cahangir Fərəcullayev əvəz edəcək.
"Operativ Media" xəbər verir ki,Cahangir Fərəcullayev ölkə üzrə lotoreya biletlərinin satışında əsas söz sahiblərindən biri “Caspian Ticket”in rəhbəridir. O, həmçinin “Azərlotereya” ASC-nin İdarə Heyətinin 4 üzvündən biridir
Yeni baş katib haqqında daha geniş bilgi verəcəyik.
***
1835
Hazırda qurum üzvləri 2025-ci ildəki ilk toplantını keçirir.
"Operativ Media" Futbolinfo.az-a istinadən xəbər verir ki, hazırkı AFFA rəhbərliyi ənənəsinə sadiq qalaraq yenə iclas barədə öncədən anons verməyib. Hər şey məxfi saxlanılıb və günün ikinci yarısında iclas başlayıb. İK üzvləri İnkişaf Strategiyasını təsdiq etməli, legioner limitnin ləğvi ilə bağlı qərar verməli, həmçinin digər məsələləri müzakirə etməlidir.
Tədbirdən öncə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevin paralel olaraq tutduğu baş katib postundan istefa verdiyi barədə də xəbərlər yayılıb. Ötən ilin aprelindən etibarən iki vəzifəni icra edən Hacıyevin hansı səbəbdən qəfil istefa verdiyi bəlli deyil. Sərxan bəy bu sualın cavabını bu gün “CBC Sport”un canlı efirində verəcək. Telekanalda qonaq olacaq icraçı vitse-prezidentin İK-nın qəbul edəcəyi qərarlarla bağlı danışacağı da gözlənilir. Ola bilsin, yeni baş katib də tezliklə müəyyənləşsin.