Meksika ABŞ ilə sərhədə qoşun göndərir
Əsəd Abbaslı
Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək.
Operativ Media xəbər verir ki, bunu Meksika lideri Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında deyib.
“Meksikanın milli müdafiə naziri Rikardo Trevilya Trexo artıq ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi planını hazırlayır”, - Prezident bildirib.
Şeynbaum əlavə edib ki, qoşunların sərhəd bölgələrinə göndərilməsi Meksikanın maraqlarına cavab verir.
Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, ABŞ-dən silah qaçaqmalçılığı ilə mübarizəyə kömək edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net