04 Fevral 2025, 13:33
Ronaldo: "Vinisius "Qızıl top"u almalı idi"
Portuqaliya millisinin və "Əl-Nəsr" klubunun üzvü Kriştianu Ronaldo "qızıl top" mükafatından danışıb.
Ronaldo: "Vinisius "Qızıl top"u almalı idi" şəkil
Ronaldo: "Vinisius "Qızıl top"u almalı idi"

"Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo hesab edir ki, Real Madridin hücumçusu Vinisius Junior 2024-cü ildə Qızıl topu qazanmalı idi.

"Operativ Media" xəbər verir ki, Ronaldonun fikirlərini "Marca" nəşri paylaşıb.

“Mən təəccübləndim. Düşünürəm ki, Vinisius “Qızıl top”u qazanmalı idi. Çempionlar Liqasını qazandı və fərq yaratdı. Vinisius üçün məyus oldum, o buna layiq idi. Mən iki dəfə eyni şeyi yaşadım, bu səni gücsüz hiss etdirir, amma sonra hər şeyi başa düşdüm. Hər şeyi başa düşəndə qalib gələ bilməyəcəyin döyüşə qarışmırsan”.

Vinisius 2024-cü ildə "Qızıl top" üçün keçirilən səsvermədə "Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi Rodriyə məğlub olaraq ikinci olub.

Ronaldo karyerası ərzində beş dəfə “Qızıl top”u qazanıb: 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə. Portuqaliyalı yalnız 8 dəfə mükafat qazanan Lionel Messiden geri qalır.

Son xəbərlər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq
Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB
FHN əhaliyə müraciət edib
Bazar günü 41 dərəcə isti olacaq - PROQNOZ