Menyu

"Neftçi" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq

Əziz Əzizli
"Neftçi" "Kəpəz"lə oyuna itkilərlə çıxacaq

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Kəpəz”lə ilk oyunun hazırlığını yekunlaşdırıb.

"Operativ Media" xəbər verir ki, “ağ-qaralar” bu gün matçın keçiriləcəyi Tovuz şəhər stadionunda oyunöncəsi son məşqə çıxıb.

Hələ də bərpa dövrü keçən futbolçularımız – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo ilə yanaşı, “Şamaxı” ilə oyunda zədələnən Edvin Kuç və Andrey Ştoqrin, həmçinin səhhəti ilə əlaqədar Azər Əliyev də kubok görüşünü buraxacaqlar.

Fevralın 5-də keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.

Teqlər:

"\"Neft\u00e7i\" \"K\u0259p\u0259z\"l\u0259 oyuna itkil\u0259rl\u0259 \u00e7\u0131xacaq"

Əlaqəli Xəbərlər