04 Fevral 2025, 22:40
Hesabat: AZAL uçuşqabağı bütün prosedurlara tam riayət edib
Komandir və ekipaj üzvləri tərəfindən uçuşa hazırlıq işləri həyata keçirilib.
Hesabat: AZAL uçuşqabağı bütün prosedurlara tam riayət edib şəkil
Hesabat: AZAL uçuşqabağı bütün prosedurlara tam riayət edib

Komandir və ekipaj üzvləri tərəfindən uçuşa hazırlıq işləri həyata keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında qeyd olunub.

Bildirilir ki, hava gəmisinin komandir, ikinci pilot, baş bort bələdçisi və iki bort bələdçisindən ibarət ekipaj üzvləri uçuşdan qabaq Bakı şəhərində Heydər Əliyev Beynəlxalq Aeroportunun tibb məntəqəsində yoxlanışdan keçiblər.

“Uçuşdan qabaq hava gəmisinə “SILK WAY TECHNICS” şirkətinin texniki heyəti tərəfindən 03:00-da “DEPARTURE CHECK” çərçivəsində baxış keçirilib və saat 03:20-də şəxsi heyət tərəfindən qəbul olunub”, - deyə hesabatda vurğulanıb.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Azərtac

Son xəbərlər
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Putin Volqoqradda Belaruslu həmkarı ilə görüşüb
Lavrov: Yaxın Şərqdəki vəziyyətin pisləşməsi xüsusi narahatlıq doğurur
Günəşdə üç güclü partlayış baş verib
İsveçdə atışma olub
ABŞ Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib