Braziliya millisinin və "Real Madrid"in sabiq müdafiəçisi, 36 yaşlı Marselo karyerasını başa vurub.
"Operativ Media" xəbər verir ki, bu haqda sosial şəbəkədə video paylaşılıb.
Marselo 2002-2006-cı illərdə gənclər və böyüklərdən ibarət komandaların oyunçusu olduğu Braziliyanın "Fluminense" klubunun yetirməsidir. Daha sonra "Real Madrid"də 16 mövsüm oynayıb və onunla 6 qat İspaniya çempionu, 2 dəfə kubokun qalibi, 5 qat Superkubok qalibi, 5 qat Çempionlar Liqasının qalibi, 3 dəfə Avropa Superkubokunun qalibi və 4 dəfə Klublararası Dünya Çempionu olub
2022-2023-cü illərdə Marselo Yunanıstanın "Olimpiakos" klubunda çıxış edib. O, ötən mövsümü "Fluminense"də keçirərək Libertadores kubokunu qazanıb.