Menyu

Azərbaycan millisi Belçikaya məğlub oldu

Əziz Əzizli
Azərbaycan millisi Belçikaya məğlub oldu

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində Belçikaya məğlub olub.

"Operativ Media" xəbər verir ki, C qrupundakı beşinci matçını keçirən yığma 24:97 hesabı ilə uduzub.

Qarşılaşma Belçikanın “COREtec Dome” arenasında təşkil olunub.

Evren Alkayanın baş məşqçisi olduğu kollektiv ilk oyunda Belçika millisinə 28:136 hesabı ilə məğlub olub. Yığma fevralın 9-da Bakıda Polşa ilə üz-üzə gələcək. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Teqlər:

"Az\u0259rbaycan millisi Bel\u00e7ikaya m\u0259\u011flub oldu"

Əlaqəli Xəbərlər