07 Fevral 2025, 06:45
Azərbaycan güləşçiləri "Zaqreb Open"də daha iki medal qazanıblar
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar.
Azərbaycan güləşçiləri "Zaqreb Open"də daha iki medal qazanıblar şəkil
Azərbaycan güləşçiləri "Zaqreb Open"də daha iki medal qazanıblar

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turniri davam edir.

"Operativ Media" xəbər verir ki, bu gün Azərbaycanın daha 3 güləşçisi “Zaqreb Open”də mübarizə aparıb.

Sərbəst güləş üzrə yığmanın 92 kiloqramda çıxış edən üzvləri fəxri kürsüyə qalxıb. Osman Nurmaqomedov israilli Uri Kalaşnikov (5:0) və slovakiyalı Boris Makoevə (4:0), Abubakr Abakarov isə iranlı Mohammadmobin Azimi (6:5) və gürcüstanlı Luza Tsertsvadzeyə (11:11) qalib gələrək yarımfinala yüksəlib. Yığma üzvləri yarımfinalda qarşılaşıb. Abubakra 6:5 hesabı ilə qalib gələn Osman finala yüksəlib. Nurmaqomedov həlledici görüşdə iranlı Amirhüseyn Firuzpurbanpeyə 4:11 hesabı ilə uduzub və gümüş medalı boynundan asıb. Abakarov isə Makoyevi 9:2 hesabı ilə üstələyərək bürünc medal qazanıb.

Qadın güləşi üzrə millinin üzvü Elnurə Məmmədova (55 kiloqram) macarıstanlı Gerda Terekə 13:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlsə də, finalın bir addımlığında kanadalı Samanta Stüarta uduzub – 1:12. Elnurə bürünc medal uğrunda görüşdə macarıstanlı Roza Şenttamasi ilə üz-üzə gəlib və “tuş”la məğlub olub.

Son xəbərlər
Ərdoğan və Tramp arasında telefon danışışığı olub
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
Türkiyəli məşhur rejissor vəfat edib
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub
"Beşiktaş" argentinalı hücumçu transfer etmək istəyir
Şəmkirdə ev yanıb
Martın 18-dən Qəzzada ölənlərin sayı 506-ya çatıb
Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib