07 Fevral 2025, 11:15
"Qəbələ"nin baş məşqçisi: "Hər oyuna final kimi baxacağıq"
"Qəbələ" klubunun baş məşqçisi Kaxaber Tsxadadze "Difai" ilə oyun haqda fikirlərini bölüşüb.
"Qəbələ"nin baş məşqçisi: "Hər oyuna final kimi baxacağıq" şəkil
"Qəbələ"nin baş məşqçisi: "Hər oyuna final kimi baxacağıq"

“Mövsüm başlamazdan öncə çempionatın çətin olacağını bilirdik. Qış fasiləsinsən sonrakı start ərəfəsində də bildirmişdim ki, liderliyi qorumaq və sonda Premyer Liqaya yüksəlmək üçün hər oyuna final kimi baxacağıq”.

"Operativ Media" xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze deyib.

Gürcü mütəxəssis Birinci Liqada 13-cü turun “Difai” ilə matçı haqda fikirlərini bölüşüb. O, komandasının 1:0 hesablı qələbəni şərh edib: “Rəqiblərimiz bizimlə oyunlarda hər mövqedə, xüsusilə də müdafiədə çox keyfiyyətlidirlər. Lakin biz də meydanda gücümüzü ortaya qoymağı bacarırıq. Bütün oyunçularıma təşəkkür edirəm. Meydanda əllərindən gələni etməyə çalışdılar və sonda qələbəyə sevinən tərəf biz olduq”.

Xatırladaq ki, “Qəbələ” 33 xalla liderdir.

Son xəbərlər
Emin Əmrullayev rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
Müəllimlərin 45 faizi gələn ildən 1000 manatdan çox maaş alacaq
İlham Əliyev BMMT-nin növbədənkənar sessiyasının iştirakçılarına müraciət edib
Riyaziyyat müəllimləri üçün sertifikatlaşdırmanın nəticələri açıqlanıb
Emin Əmrullayev: Növbəti il bütün müəllimlər sertifikatlaşdırmadan keçmiş olacaqlar
Nazir: Sertifikatlaşdırma prosesində iştirak edən xarici dil müəllimlərinin 12 faizi uğur qazanıb
Əbu-Dabi görüşü təkbətək formatda davam etdirilir
10 İyul 2025, 11:07