Ana səhifə / İdman / "Araz-Naxçıvan"ın hücumçusunun zədəsinin son vəziyyəti necədir? - AÇIQLAMA "Araz-Naxçıvan"ın hücumçusunun zədəsinin son vəziyyəti necədir? - AÇIQLAMA 07.02.2025, 13:03 Əziz Əzizli "Araz-Naxçıvan" - "Zirə" matçının 12-ci dəqiqəsində birincilərin braziliyalı hücumçusu Ramon Maçado zədələnərək meydanı tərk edib. Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov "Operativ Media"ya açıqlamasında futbolçunun zədəsinin ciddi olmadığını bildirilib. "Ramon Maçado bu gün müayinələrdən keçirəcək, ondan sonra dəqiq diaqnoz qoyulacaq. İlkin rəy belədir ki, zədəsi ciddi deyil". Qeyd edək ki, "Araz-Naxçıvan" "Zirə"ni 1-0 hesabı ilə məğlub edib. Teqlər: "\"Araz-Nax\u00e7\u0131van\"\u0131n h\u00fccum\u00e7usunun z\u0259d\u0259sinin son v\u0259ziyy\u0259ti nec\u0259dir? - A\u00c7IQLAMA"