HƏMAS-ın azad etdiyi 3 girov Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilib.
Operativ Media xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, üç israill girov - Or Levi, Eli Şərabi və Ohad Ben Amin 491 gün əsirlikdə qaldıqdan sonra azad edilib.
***
09:44
HƏMAS İsraillə Dohada bağlanmış atəşkəs sazişinə əsasən bu gün daha üç israilli əsiri azad edəcək.
Operativ Media xəbər verir ki, sərbəst buraxılacaq əsirlərin üçü də mülki vətəndaşlardır və hər üçü kişidir (Eli Şarabi, Ohad Ben Ami və Or Levi).
Yanvarın 19-da Qəzzada atəşkəs rejimi qüvvəyə minəndən bəri HƏMAS hərəkatı 18 əsiri azad edib, bunun əvəzində Təl-Əviv öz həbsxanalarından 383 fələstinli məhbusu azad edib.
HƏMAS bu gün daha 183 məhbusun sərbəst buraxılaraq Qəzzaya qaytarılacağını bildirib.
Teqlər:
"HAMAS daha 3 girovu t\u0259hvil verdi - YEN\u0130L\u018fN\u0130B"