Menyu

"Turan Tovuz" kolumbiyalı müdafiəçi transfer etdi

Əziz Əzizli
"Turan Tovuz" kolumbiyalı müdafiəçi transfer etdi
1 dəq oxu

"Turan Tovuz" kolumbiyalı müdafiəçi Hayderson Hurtado Palominanı heyətinə qatıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə bağlanılıb. Peşəkar karyerasına Braziliyada başlayan kolumbiyalı futbolçu karyerası ərzində Braziliyanın “Genus”, “İtarare”, “Azuriz”, “Parana”, Slovakiyanın “Sered”, “Skalitsa” klublarının şərəfini qoruyub. Hayderson Hurtado son olaraq Çexiya “Yablonets”inin formasını geyinib.

Əlaqəli Xəbərlər