Menyu

İsrail Ordusu Netsarim dəhlizini tərk edib

Əsəd Abbaslı
İsrail Ordusu Netsarim dəhlizini tərk edib
1 dəq oxu

İsrail ordusu Qəzza sektorunu şimal və cənub hissələrə ayıran Netsarim dəhlizini tam tərk edib.

Operativ Media xəbər verir ki, bu barədə HAMAS məlumat yayıb.

İsrailin mediası da əsir və girov mübadiləsi barədə razılaşmaya uyğun olaraq Ordunun dəhlizi tərk etməsi barədə məlumat yayıb.

İsrail Ordusu hazırda Qəzza zolağı ilə Misirin sərhədindəki Filadelfiya dəhlizinə nəzarəti davam etdirir.

Əlaqəli Xəbərlər