Misir Ərəb Liqasının fövqəladə sammitini çağırıb
Əsəd Abbaslı
Misir Ərəb Dövlətləri Liqasının fövqəladə sammitini çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, sammitin gündəliyinə Fələstin məsələsi ilə bağlı son təhlükəli proseslər və Fələstinin xahişi ilə yüksək səviyyəli görüşün daxil edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin Misir və İordaniyaya köçürülməsi barədə təklifinə Qahirə qəti etiraz edib. Sammitdə əsas müzakirə mövzusunun da bu məsələ olacağı gözlənilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net