10 Fevral 2025, 09:41
Azərbaycan çempionatında bütün yarımfinalçılar bəlli oldu
Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçıların adına aydınlıq gəlib.
Azərbaycan çempionatında bütün yarımfinalçılar bəlli oldu şəkil
Azərbaycan çempionatında bütün yarımfinalçılar bəlli oldu

Şahmat üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar məlum olub. 

"Operativ Media" xəbər verir ki, tay-brekdə müvafiq olaraq Vüqar Əsədli və Əhməd Əhmədzadəni məğlub edən Teymur Rəcəbov və Rauf Məmmədov yarımfinala yüksəliblər.

Yarımfinalda Rəcəbov Məmmədovla, Şəhriyar Məmmədyarov isə Misrətdin İsgəndərovla mübarizə aparacaq. 

Qadınların yarışında tay-brekdə Gövhər Beydullayeva Türkan Məmmədyarovanı mübarizədən kənarlaşdırıb, Günay Məmmədzadə isə Səbinə İbrahimovaya qalib gələrək mərhələ adlayıb. Digər oyunda Gülnar Məmmədova Xanım Balacayevadan üstün olub.

Yarımfinalda Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə, Günay Məmmədzadə isə Gülnar Məmmədova ilə qarşılaşacaq.

Son xəbərlər
"Sumqayıt" ilk transferini açıqladı
Rubio və Lavrovun müzakirə etdiyi məsələlər açıqlanıb
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 3,4 milyondan çox sərnişinə xidmət edib
Rusiya Azərbaycandan idxal edilmiş 18 ton şaftalıda "ziyanverici bakteriya" olduğunu iddia edir
Azərbaycanda bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
Gəncə-Moskva aviareysi üzrə təyyarə bu gün uçuş edib
Ötən altı ayda törədilmiş cinayətlərin 92,8 faizi açılıb
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edilib