Menyu

Yüksək dağlıq ərazilərdə 17 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Yüksək dağlıq ərazilərdə 17 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, günün birinci yarısında bəzi yerlərdə arabir yağıntılı olub.

Belə ki, düşən yağıntının miqdarı Şuşa, Kəlbəcər, Xocalı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Tovuz, Ağstafa, Şəki, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Dağlıq ərazilərə yağan qarın hündürlüyü tədricən əriyərək Lerikdə 64, Qrızda 19, Yardımlıda 14, Xaldanda 5, Qusarda (Laza) 4, Altıağacda 3, Xınalıq, Gədəbəydə 2 sm-dir.

Daşkəsən, Şəmkir, Şəki, Şamaxı, Lerik, Göygöl, Qaxda duman müşahidə olunur.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 7, Naxçıvan MR-da və dağlıq rayonlarda 10, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.

Teqlər:

"Y\u00fcks\u0259k da\u011fl\u0131q \u0259razil\u0259rd\u0259 17 d\u0259r\u0259c\u0259y\u0259d\u0259k \u015faxta qeyd\u0259 al\u0131n\u0131b - FAKT\u0130K\u0130 HAVA"

Əlaqəli Xəbərlər