10 Fevral 2025, 15:12
UEFA Çempionlar Liqasının final topunun dizaynını təqdim edib
UEFA Çempionlar Liqasının final topunun yeni dizaynını təqdim edib.
UEFA Çempionlar Liqasının final topunun dizaynını təqdim edib şəkil
UEFA Çempionlar Liqasının final topunun dizaynını təqdim edib

Çempionlar Liqasının pley-off mərhələsində, o cümlədən final matçında istifadə olunacaq top açıqlanıb.

"Operativ Media" xəbər verir ki, bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb.

Topda Münhenin damlarını və binalarını simvolizə edən mis-yaşıl altıbucaqlılar fonunda ağ ulduzlar var. Altıbucaqlıların içərisində Bavariyanın məşhur görməli yerlərinə həsr olunmuş qrafik elementlər var.

Qeyd olunur ki, topların yeni səthi artan dəqiqliyi təmin edir, innovativ nüvə isə “formanın və havanın maksimum qorunması ilə sürətli və dəqiq oyuna zəmanət verir”.

Pley-off mərhələsi fevralın 11-də başlayacaq. Turnirin finalı isə mayın 31-də Münhendə keçiriləcək.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb