Menyu

Ötən il Türkiyədə 842 terrorçu zərərsizləşdirilib

Əsəd Abbaslı
Ötən il Türkiyədə 842 terrorçu zərərsizləşdirilib

2024-cü ildə Türkiyə hüquq-mühafizə orqanları 49 min 902 əməliyyat keçirib. Nəticədə terrorçu qruplaşmaların 842 üzvü zərərsizləşdirilib.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya fevralın 10-da cənub-şərq əyaləti olan Şırnaka səfəri zamanı söyləyib.

O xatırladıb ki, Türkiyədə terrorizmlə mübarizə 40 ildən çox müddətdə davam edir.

“Terror təhlükəsi minimuma endirilir. Türkiyə bu təhlükənin ölkə gündəmindən tam yığışdırılmasına addım-addım nail olur”, - deyə A.Yerlikaya qeyd edib. O bildirib ki, Milli Müdafiə və Milli Kəşfiyyat Nazirliyi bu işə fəal töhfələrini verirlər.

Nazir Şırnakdakı Qabar dağı ərazisinə də diqqət çəkib: “Bu ərazidə əvvəlki illərdə terrorizmlə fəal mübarizə aparılıb. Bu gün ölkənin ən böyük “qara qızıl” yatağından neft hasilatı davam edir.

Teqlər:

"\u00d6t\u0259n il T\u00fcrkiy\u0259d\u0259 842 terror\u00e7u z\u0259r\u0259rsizl\u0259\u015fdirilib"

Əlaqəli Xəbərlər