Menyu

HƏMAS yeni girovların azad edilməsini təxirə salıb

Əsəd Abbaslı
HƏMAS yeni girovların azad edilməsini təxirə salıb

HƏMAS fevralın 15-də ölkəsinə dönməli olan Qəzza zolağında saxlanılan yeni girov qrupunun azad edilməsini təxirə salıb.

Operativ Media xəbər verir ki, bu açıqlama ilə HƏMAS-ın hərbi qanadı - İzzəddin əl-Qəssam Briqadalarının nümayəndəsi Əbu Ubeydə çıxış edib.

“Son üç həftə ərzində biz düşmən tərəfindən sövdələşmənin mütəmadi olaraq pozulması hallarını müşahidə etmişik. Bununla əlaqədar fevralın 15-də azad edilməli olan girovların azadlığa buraxılmasını növbəti bildirişə qədər təxirə salmaq qərarına gəldik. İsrail sazişin normalarına riayət etməli və son həftələrdə vurduğu zərəri geriyə qaytarmalıdır”, - o, teleqram kanalında yazıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər