Menyu

Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək

Əziz Əzizli
Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları keçiriləcək
1 dəq oxu

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.

"Operativ Media" xəbər verir ki, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla, Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gələcək.

Məmmədyarov ilk qarşılaşmada qalib gəlib – 1:0. Rəcəbov isə heç-heçə edib – 0,5:0,5.

Qadınlarda Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə görüşəcək. Məmmədova ötən gün qələbə qazanıb – 1:0. Digər dueldə qalib müəyyənləşməyib.

Kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.

Əlaqəli Xəbərlər