11 Fevral 2025, 15:36
Azərbaycan millisi Xorvatiyada təlim-məşq toplanışına start verib
Yunan-roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada təlim-məşq toplanışına start verib
Azərbaycan millisi Xorvatiyada təlim-məşq toplanışına start verib şəkil
Azərbaycan millisi Xorvatiyada təlim-məşq toplanışına start verib

Azərbaycanın yunan-Roma güləşi üzrə millisi reytinq turnirindən sonra Xorvatiyada qalaraq təlim-məşq toplanışına start verib.

"Operativ Media" Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zaqrebdən Poreçə yollanan komanda fevralın 22-dək bu şəhərdə hazırlıq keçəcək.

Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Kamran Məmmədovun rəhbərliyi altında 20 güləşçi müxtəlif ölkələrin komandalarıyla birgə təşkil edilən toplanışda iştirak edir. Ancaq reytinq turnirində zədələnərək qulağından əməliyyat olunan Həsrət Cəfərov vətənə qayıdıb. Olimpiya mükafatçısı ən azı 10 gün bərpa prosesi keçməlidir. Yalnız bundan sonra həkimlərin rəyinə əsasən, fərdi məşqlərə başlaya bilər.

Qadın güləşçilər isə Xorvatiyadan Macarıstana yola düşüb. Baş məşqçi əvəzi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 10 güləşçi Tatada keçirilən hazırlıq prosesinə cəlb edilib. Fevralın 9-da start götürən toplanış ayın 22-dək davam edəcək.

Sərbəst güləşlərdən ibarət milli isə Vladiqafqaza üz tutub. Şimali Osetiyanın paytaxtında keçiriləcək təlim-məşq toplanışı fevralın 26-dək davam edəcək. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında 24 güləşçi toplanışda yer alır.

Hər üç yığmanın hazırlıq prosesi əsasən taktiki-texniki çalışmaların üzərində qurulub. Ölkə xaricində keçirilən toplanışlar 8-14 martda Albaniyada baş tutacaq U-23 Avropa çempionatı və 7-13 apreldə Slovakiyada təşkil ediləcək böyüklərin Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Son xəbərlər
Azərbaycan–Ukrayna Hökumətlərarası Komissiyasının 13-cü iclası keçirildi
Ərdoğan: "41 illik terror bəlasının sona çatması prosesinə start verilib"
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
Fövqəladə Hallar Naziri və BMMT-nin Baş katibi Fəxri Xiyabanı ziyarət ediblər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib