11 Fevral 2025, 17:00
İlham Yadullayev: “İnkişaf Kubokundakı rəqiblərimiz yaxşı komandalardır”
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev bu gün başlayan təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib.
İlham Yadullayev: “İnkişaf Kubokundakı rəqiblərimiz yaxşı komandalardır” şəkil
İlham Yadullayev: “İnkişaf Kubokundakı rəqiblərimiz yaxşı komandalardır”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev bu gün başlayan təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib.

"Operativ Media" xəbər verir ki, o, bu haqda AFFA-nın saytına açıqlama verib.

O, hazırlığın fevralın 14-dək Bakıda təşkil olunacağını söyləyib: “Toplanışımız ayın 14-dən Minskdə davam edəcək. Hazırda ölkə çempionatında iştirak edən futbolçulara üstünlük vermişik. Eyni zamanda İspaniyanın “Marcet” komandasından 5 futbolçu dəvət etmişik”.

İlham Yadullayev fevralın 16-dan 22-dək Belarusda təşkil olunacaq İnkişaf Kuboku turniri barədə də danışıb. Baş məşqçi B qrupunda Rusiya, İran və Qazaxıstan yığmaları ilə keçiriləcək matçlara yaxşı hazırlaşdıqlarını deyib: “İlk görüşümüz Rusiya seçməsinə qarşı olacaq. Rəqibin oyununu təhlil etmişik. Ümumiyyətlə, rəqiblərimiz yaxşı komandalardır və turnirin səviyyəsi yüksəkdir. Məqsədimiz komanda şəkilində maksimum dərəcədə uğurlu çıxış etməkdir. Heyətə cəlb olunan yeni oyunçuları sınamaq istəyirik. Rusiya ilə matçın ertəsi günü İran kollektivi ilə üz-üzə gələcəyik. Qısa müddətdə ardıcıl görüşlərə çıxmaq çətinlik yarada bilər. Ancaq ümumilikdə belə qarşılaşmalar futbolçularımız üçün böyük təcrübədir”.

İnkişaf Kuboku martda baş tutacaq Avropa çempionatının 2024/2025 mövsümünün ikinci mərhələsinin oyunlarına hazırlıq xarakteri daşıyır. B Liqasında yer alan U-17 millimiz VI qrup çərçivəsində martın 19-da Albaniya, 22-də isə Uels yığması ilə qarşılaşacaq. İlham Yadullayev əsas diqqətlərinin məhz Albaniyada keçiriləcək həmin matçlara yönəldiyini vurğulayıb: “İnkişaf Kuboku Avropa çempionatının seçmə oyunlarına hazırlıq məqsədi daşıyır. Martdakı rəsmi oyunlarda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, U-17 İnkişaf Kuboku çərçivəsində fevralın 16-da Rusiya, 17-də İran, 19-da isə Qazaxıstan komandası ilə qarşılaşacaq. Turnirdə həlledici görüşlər fevralın 21-də keçiriləcək

Son xəbərlər
Lionel Messi ilkə imza atıb
Son 6 ay ərzində 40 bağça direktoru işdən çıxarılıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Pakistanın hüquq və ədliyyə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir
Prezident İlham Əliyev: Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir
Emin Əmrullayev rus bölmələrinin bağlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Azərbaycanın stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcəklər
Müəllimlərin 45 faizi gələn ildən 1000 manatdan çox maaş alacaq