Menyu

"Qarabağ" Riçard Almeyda ilə yollarını ayırdı

Əziz Əzizli
"Qarabağ" Riçard Almeyda ilə yollarını ayırdı

“Qarabağ” kapitan Riçard Almeyda ilə yollarını rəsmən ayırıb.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı Braziliya əsilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2012-18, 2019 və 2021-25-ci illərdə “Qarabağ”da çıxış edən Riçard 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə ağdamlıların formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan Kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

Teqlər:

"\"Qaraba\u011f\" Ri\u00e7ard Almeyda il\u0259 yollar\u0131n\u0131 ay\u0131rd\u0131"

Əlaqəli Xəbərlər