Menyu

ABŞ-nin Maliyyə Naziri Ukraynaya Səfər Edəcək

Əsəd Abbaslı
ABŞ-nin Maliyyə Naziri Ukraynaya Səfər Edəcək

ABŞ-nin Maliyyə Naziri Skott Bessent bu həftə Ukraynaya səfər edərək, ABŞ-nin vacib faydalı qazıntılara çıxışını təmin etmək məqsədilə danışıqlara başlayacaq.

Operativ Media xəbər verir ki, Bloomberg agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, Bessent, ABŞ Prezidenti Donald Trampın administrasiyasından Ukraynaya səfər edən ilk yüksək rütbəli nümayəndə olacaq.

Məlumata üçün bildirək ki, fevralın əvvəlində ABŞ Prezidenti Donald Tramp, ölkəsinin Ukraynadan nadir yer metallarını almağa maraqlı olduğunu bildirmişdi.

Sonradan Ukrayna Prezidenti Volodimir Zelenski, Vaşinqtona təklif olunan faydalı qazıntıların və nadir yer metallarının böyük hissəsinin Kiyevin nəzarətində olmayan ərazilərdə yerləşdiyini açıqlayıb.

Qeyd edək ki, Zelenski Reuters-ə verdiyi müsahibədə, bu məsələdə razılaşma bağlamağa hazır olduğunu və ABŞ-a təklif etdiyi faydalı qazıntılarla yanaşı, qaz anbarlarının da təhlükəsizlik zəmanətləri müqabilində veriləcəyini bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər