Türkiyədə saxta xərçəng dərmanı istehsal edən qrup zərərsizləşdirilib
Əsəd Abbaslı
İstanbulda saxta dərman istehsal edən mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib. Onların dörd fərqli anbar və 1 istehsal sexində saxta xərçəng dərmanları istehsal etdiyi müəyyən olunub.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Nazir bildirib ki, bununla bağlı “Hücre-10” adı ilə keçirilən əməliyyat nəticəsində bazar dəyəri təxminən 2 milyard Türkiyə lirəsi olan saxta xərçəng dərmanları ələ keçirilib. Keçirilən əməliyyat zamanı 8 şübhəli şəxs saxlanılıb. Onlardan 6-sı həbs edilib, iki nəfər haqqında məhkəmə nəzarəti qərarı verilib.
Əməliyyat nəticəsində 5 milyon ədəd saxta dərman, 100 min boş dərman qutusu, 32 min marka etiketi, saxta dərman istehsalında istifadə edilən 9 doldurma aparatı, 350 kiloqram toz xammal, 60 min ədəd müxtəlif tibbi ləvazimat müsadirə edilib.
Teqlər:
"T\u00fcrkiy\u0259d\u0259 saxta x\u0259r\u00e7\u0259ng d\u0259rman\u0131 istehsal ed\u0259n qrup z\u0259r\u0259rsizl\u0259\u015fdirilib"