Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
""Operativ Media " xəbər verir ki, günün ilk matçında Fransa komandaları üz-üzə gəlib. PSJ yerli “Brest”ə qalib gəlib.
Mərkəzi oyun İngiltərədə baş tutub. Turnirin favoritləri “Mançester Siti” və “Real” burda üz-üzə gəlib. Qarşılaşma Madrid nəhənginin əzmkar qələbəsiylə yekunlaşıb.
“Yuventus” PSV-ni, Dortmund “Borussiya”sı isə “Sportinq”i üstələyə bilib.