Menyu

"Real Madrid" ÇL-də 300-cü qələbəsini qazandı

Əziz Əzizli
"Real Madrid" ÇL-də 300-cü qələbəsini qazandı
1 dəq oxu

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Real Madrid" "Mançester Siti"ni 3:2 hesabı ilə məğlub edib.

"Operativ Media" xəbər verir ki, Madrid komandası üçün bu qələbə əsas avrokubok turnirində 300-cü olub.

Bu nəticəni əldə etmək üçün “Real Madrid”ə Çempionlar Liqası və avrokuboklarda (1992-ci ilə qədər əsas avrokubokların adı belə idi) 498 oyun keçirməli olub.

Bu siyahıda qələbə sayına görə "Bavariya" ikinci (402 matçda 241 qələbə), "Barselona" isə üçüncüdür (357 matçda 209 qələbə).

Əlaqəli Xəbərlər