Menyu

"Spartak" "Beşiktaş"ın futbolçusuna təxminən 2,7 milyon avro maaş təklif edib

Əziz Əzizli
"Spartak" "Beşiktaş"ın futbolçusuna təxminən 2,7 milyon avro maaş təklif edib

"Spartak" "Beşiktaş"ın yarımmüdafiəçisi Gedson Fernandesə illik 2,5 - 2,7 milyon avro maaşla müqavilə təklif edib.

"Operativ Media" xəbər verir ki, bu haqda metaratings.ru saytı məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu məbləğdən əlavə, “qırmızı-ağlar” futbolçuya hədəflərə çatmaq üçün əlavə bonuslar təklif edib. Fernandes transfer olarsa, Moskva klubunun ən yüksək maaş alan futbolçularından birinə çevrilə bilər.

Fernandes 2022-ci ildən "Beşiktaş"da çıxış edir. Bu mövsüm 26 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 33 matçda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.

"Transfermarkt" oyunçunun bazar dəyərini 17 milyon avro olaraq qiymətləndirir.

Teqlər:

"\"Spartak\" \"Be\u015fikta\u015f\"\u0131n futbol\u00e7usuna t\u0259xmin\u0259n 2 7 milyon avro maa\u015f t\u0259klif edib"

Əlaqəli Xəbərlər