Menyu

Azərbaycan Yüksək Liqasında 10-cu tura start verilir

Əziz Əzizli
Azərbaycan Yüksək Liqasında 10-cu tura start verilir

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 10-ci tura bu gün start veriləcək.

"Operativ Media" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 16:00-da MOİK – “Gənclər”, 18:00-da isə “Neftçi” – “Xilasedici” matçları start götürəcək. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Tura fevralın 13-də gerçəkləşəcək “Murov Az Terminal” – “Azərreyl” oyunu ilə yekun vurulacaq. “Murov Az Terminal” hazırda 24 xalla liderdir. “Xilasedici” 21 xalla ikinci, “Azərreyl” 19 xalla üçüncü, “Neftçi” 14 xalla dördüncü pillədə qərarlaşıb. MOİK 2 xalla beşinci, “Gənclər” 1 xalla sonuncu – altıncıdır.

Teqlər:

"Az\u0259rbaycan Y\u00fcks\u0259k Liqas\u0131nda 10-cu tura start verilir"

Əlaqəli Xəbərlər