Menyu

AFFA "Neftçi"ni 1500 manat cərimələdi

Əziz Əzizli
AFFA "Neftçi"ni 1500 manat cərimələdi

AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Kuboku 1/4 final

5 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilsin.

6 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Araz-Naxçıvan” – “Zirə” oyununda “Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilsin.

6 fevral 2025-ci il tarixində Azərbaycan Kubokunda 1/4 finalın “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilsin.

Misli Premyer Liqası XXII tur

10 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXII turun “Araz-Naxçıvan” – “Kəpəz” oyununda “Kəpəz” klubunun heyətində 4 nəfər sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilsin.

Teqlər:

"AFFA \"Neft\u00e7i\"ni 1500 manat c\u0259rim\u0259l\u0259di"

Əlaqəli Xəbərlər