12 Fevral 2025, 15:38
"Neftçi"nin baş məşqçisini vuran klub rəsmisi 6 aylıq cəzalandırıldı.
"Neftçi"nin baş məşqçisini vuran klub rəsmisi 6 aylıq cəzalandırıldı.
"Neftçi"nin baş məşqçisini vuran klub rəsmisi 6 aylıq cəzalandırıldı. şəkil
"Neftçi"nin baş məşqçisini vuran klub rəsmisi 6 aylıq cəzalandırıldı.

AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən VƏTƏN – “Neftçi” oyununda baş verənlərə hüquqi qiymət verib.

"Operativ Media" xəbər verir ki, matçın 69-cu dəqiqəsində “Masallı”da qeydiyyatdan keçmiş komanda rəsmisi Abdulla Xəlilov “Neftçi”nin baş məşqçisi Asif Ramazanovun üzünə başla zərbə endirdiyinə, xəsarət yetirdiyinə görə 6 ay müddətinə AFFA və PFL bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb.

“Neftçi”nin rəsmisi Rəşad Hüseynov həmin dəqiqədə Abdulla Xəlilovu vurduğu üçün 10 oyunluq diskvalifikasiya olunub.

Qarşılaşmada təhlükəsizlik təmin edilmədiyindən, “Vətən” müstəsna hal olaraq 500 manat cərimələnib. Bundan başqa, baş verən insidentlə bağlı hər iki komanda rəhbərliyinə daxili nizam qaydalarına riayət edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Son xəbərlər
PSV "Bayer"in qapıçısını icarəyə götürdü
İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
DSMF-nin xərcləri artıb
DYP isti hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Texnologiya mədəniyyətimizi yox edir, yoxsa dünyaya tanıdır? - ŞƏRH
Bakı-Tbilisi-Ceyhan kəmərinin ixrac həcmləri açıqlanıb
6 ayda bərpa olunan enerji istehsalı 297,2 mln. kVt·st artıb
Tələbələrin köçürülməsi prosesinə start verilib