12 Fevral 2025, 18:07
Azərbaycan millisi (U-17) yoxlama oyununda qalib gəldi
Azərbaycan millisi (U-17) "Qarabağ"lı həmyaşıdları ilə qarşılaşıb.
Azərbaycan millisi (U-17) yoxlama oyununda qalib gəldi şəkil
Azərbaycan millisi (U-17) yoxlama oyununda qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

"Operativ Media" xəbər verir ki, U-17 “Qarabağ” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun millimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 67-ci dəqiqədə Emil Usubov, 70-ci dəqiqədə Emil Həsənov və 85-ci dəqiqədə Əhməd Vəliyev vurub.

Qeyd edək ki, U-17 millimiz fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında İnkişaf Kuboku turnirində iştirak edəcək.

Son xəbərlər
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB
Gürcüstanın Baş naziri İrəvana səfər edib
Peter Siyarto Türkiyəyə səfər edəcək
Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb - FAKTİKİ HAVA
BDYP-dən sürücülərə duman və yağıntı xəbərdarlığı
ADY: Qatarlarda 100 faizə yaxın doluluq qeydə alınıb
Şoyqu: Ermənistan Aİ-yə daxil olarsa, bir çox imtiyazlarını itirəcək
Macarıstan Aİ-nin Ukrayna üzrə sammitinin yekun sənədini yenidən bloklayıb