Ukrayna Antiterror Mərkəzinin rəhbəri saxlanılıb
Əsəd Abbaslı
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Antiterror Mərkəzinin rəhbəri polkovnik Dmitri Kozyuranı Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyinə görə saxlayıb.
Operativ Media xəbər verir ki, bu barədə “RBC-Ukrayna” UTX-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.
D.Kozyura şəxsən Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk tərəfindən saxlanılıb.
Agenti saxlamaq üçün açıq və gizli tədbirləri əhatə edən misli görünməmiş xüsusi əməliyyat həyata keçirilib.
V.Malyukun sözlərinə görə, o, işə şəxsən nəzarət edib, xüsusi əməliyyatın hazırlanması və həyata keçirilməsi barədə birbaşa prezident Vladimir Zelenskiyə məruzə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net