12 Fevral 2025, 18:50
NATO Müdafiə nazirləri Brüsseldə görüşəcək
Əsas gündəmdə NATO-nun Ukraynaya dəstəyi məsələsi dayanacaq.
NATO Müdafiə nazirləri Brüsseldə görüşəcək şəkil
NATO Müdafiə nazirləri Brüsseldə görüşəcək

NATO ölkələri müdafiə nazirlərinin fevralın 13-də Brüsseldə görüşü olacaq.

Operativ Media xəbər verir ki, bu barədə Alyans məlumat yayıb.

Bildirilib ki, bununla da tərəflər 2025-ci ilin iyun ayında Niderlandın Haaqa şəhərində keçiriləcək NATO Sammitinə hazırlıqlara başlayacaqlar.

Məlumata görə, görüş çərçivəsində nazirlər yenilənmiş Müdafiə İstehsalı Fəaliyyət Planı da daxil olmaqla müdafiə sənayesi potensialının gücləndirilməsinə diqqət yetirəcəklər.

Görüşdən əvvəl dəyərləndirmə aparan NATO Baş katibi Mark Rutte qeyd edib ki, Alyansın hərtərəfli istehsal qabiliyyətinin artırılması üçün daha sürətli olmaq lazımdır.

Məlumatda o da vurğulanıb ki, sabah əsas gündəmdə NATO-nun Ukraynaya dəstəyi məsələsi dayanacaq.

"Sabahki NATO-Ukrayna Şurası görüşündə isə Ukraynanın müdafiə naziri Rustem Umerov və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas ilə birlikdə Ukraynadakı vəziyyət və ölkənin təcili ehtiyacları müzakirə ediləcək",-əlavə edilib.

Son xəbərlər
"Beşiktaş" argentinalı hücumçu transfer etmək istəyir
Şəmkirdə ev yanıb
Martın 18-dən Qəzzada ölənlərin sayı 506-ya çatıb
Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib
Sabah magistral yollarda görünüş məsafəsi 800 metrədək məhdudlaşacaq
Ayxan Abbasov Emre Belözoğlu ilə görüşdü
Azərbaycan gimnastları Antalya Dünya Kubokunda iştirak edəcəklər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq