Menyu

Azərbaycan çempionatında bütün finalçılar bəlli oldu

Əziz Əzizli
Azərbaycan çempionatında bütün finalçılar bəlli oldu

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum olub. 

"Operativ Media" xəbər verir ki, kişilərin yarışında Teymur Rəcəbov və Rauf Məmmədov rapid mübarizəsində də bərabərə qalıb. Armageddonda yarışan Rəcəbovla Məmmədovun duelində ikinci qələbə qazanıb. 

Qadınlarda isə hər iki finalçı tay-brekdən sonra müəyyənləşib. Günay Məmmədzadə Gülnar Məmmədovadan üstün olub 1,5:0,5. 

Digər cütlükdə isə Gövhər Beydullayeva Ülviyyə Fətəliyevaya qalib gəlib 1,5:0,5. 

Beləliklə sabah başlayacaq finalda Şəhriyar Məmmədyarov Rauf Məmmədovla, Günay Məmmədzadə isə Gövhər Beydullayevayla qarşılaşacaq. Üçüncü yer uğrunda görüşlərdə Misrətdin İskəndərovla Teymur Rəcəbov, Gülnar Məmmədova isə Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək.

Landmark Biznes Mərkəzində keçirilən oyunlar saat 15-00-da başlayacaq.

Teqlər:

"Az\u0259rbaycan \u00e7empionat\u0131nda b\u00fct\u00fcn final\u00e7\u0131lar b\u0259lli oldu"

Əlaqəli Xəbərlər