Menyu

Almaniya quru sərhədlərə nəzarət rejimini uzadıb

Əsəd Abbaslı
Almaniya quru sərhədlərə nəzarət rejimini uzadıb

Almaniya hökuməti qanunsuz miqrasiyanın qarşısını almaq məqsədilə ölkə sərhərdlərində müvəqqəti nəzarət rejimini yarım il müddətinə uzadıb.

Operativ Media xəbər verir ki, bu barədə kansler Olaf Şolts “X” hesabında məlumat bölüşüb.

“Bu gün biz Almaniyanın bütün sərhədlərində müvəqqəti nəzarətin daha altı ay müddətinə uzadılmasına dair təkrar sərəncam verdik və bu barədə Avropa Komissiyasını məlumatlandırdıq”, - deyə o yazıb.

Şolts nəzarət rejiminin tətbiq olunduğu andan etibarən 47 mindən çox qanunsuz sərhədi keçmə cəhdinin aşkarlanaraq qarşısının alındığını diqqətə çatdırıb.

Qeyd edək ki, ötən ilin sentyabrın 16-dan etibarən Almaniyanın bütün quru sərhədlərində müvəqqəti nəzarət-buraxılış rejimi tətbiq olunur.

Teqlər:

"Almaniya quru s\u0259rh\u0259dl\u0259r\u0259 n\u0259zar\u0259t rejimini uzad\u0131b"

Əlaqəli Xəbərlər