Menyu

Vaşinqton Kiyevə resurslar qarşılığında dəstək verməyə hazırdır

Əsəd Abbaslı
Vaşinqton Kiyevə resurslar qarşılığında dəstək verməyə hazırdır

Birləşmiş Ştatlar, Ukraynaya iqtisadi tərəfdaşlıq sazişi həyata keçirildiyi təqdirdə dəstək verməyə hazırdır.

Operativ Media xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent, Kiyevdə prezident Volodimir Zelenski ilə keçirdiyi görüşün ardından mətbuat konfransı keçirib.

Konfrans ABŞ-nin xəbər telekanalları tərəfindən yayımlanıb.

Bessent bildirib ki, ABŞ, Ukrayna ilə iqtisadi əməkdaşlıq sazişi bağlamağı və bu müqabilində Ukraynaya maddi dəstək verməyi planlaşdırır.

"Bu sazişin Rusiyanın rəhbərliyinə ABŞ-nin öhdəlikləri barədə güclü bir siqnal göndərəcəyini düşünürük", – deyə o qeyd edib.

ABŞ, həmçinin Ukrayna ilə ortaq iqtisadi öhdəlikləri genişləndirməyi və tərəfdaşlıq vasitəsilə Ukraynanın bərpası üçün əlavə təminatlar verəcəyini, bu əməkdaşlığın münaqişə başa çatdıqdan sonra Ukraynaya təhlükəsizlik qalxanı təqdim edəcəyini vurğulayıb.

Zelenski, ABŞ-dan Ukraynanın nadir yerüstü minerallarının istifadəsi ilə bağlı bir saziş layihəsi aldıqlarını bildirib və bunun Münxen Təhlükəsizlik Konfransında 14-16 fevral tarixlərində və ya ondan əvvəl imzalanacağını ümid etdiyini ifadə edib.

Bessent, ABŞ vitse-prezidenti Cey D. Vens və dövlət katibi Marko Rubionun bu konfransda Zelenski ilə görüşəcəyini və ölkəsinin Ukraynaya sərmayə yatırmaqla dəstək verməyi planlaşdırdığını bildirib, lakin detalları açıqlamayıb.

Teqlər:

"Va\u015finqton Kiyev\u0259 resurslar qar\u015f\u0131l\u0131\u011f\u0131nda d\u0259st\u0259k verm\u0259y\u0259 haz\u0131rd\u0131r"

Əlaqəli Xəbərlər