Salah Premyer Liqada səfərdə qol vurma rekorduna imza atıb
Əziz Əzizli
"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə çempionatının 15-ci turunun "Everton"la (2:2) təxirə salınmış oyununda qol vurub və məhsuldar ötürmə edib.
"Operativ Media" xəbər verir ki, oyun "Qudison Park" stadionunda baş tutub.
Onun cari mövsümdə 13 səfər oyununda 13 qolu və 9 məhsuldar ötürməsi var. 32 yaşlı misirli Premyer Liqa tarixində bir çempionatda səfərdə 22 qolda birbaşa iştirak edən futbolçu olub.
Salah 1993-94 mövsümündə səfər matçlarında "Nyukasl"ın hücumçusu Endi Koulun 21 qol və məhsuldar ötürmə rekordunu qırıb.
Teqlər:
"Salah Premyer Liqada s\u0259f\u0259rd\u0259 qol vurma rekorduna imza at\u0131b"