Menyu

Miroslav Kloze: "Mənim Mahir Emreliyə ehtiyacım var"

Əziz Əzizli
Miroslav Kloze: "Mənim Mahir Emreliyə ehtiyacım var"

Mənim Mahir Emreliyə ehtiyacım var. Bunu dəfələrlə ona söyləmişəm.

"Operativ Media" xəbər verir ki, bunu "Nürnberq"in baş məşqçisi Miroslav Kloze deyib.

46 yaşlı mütəxəssis II Bundesliqanın XXI turunda “Maqdeburq”a səfərdə qalib gəldikləri (4:3) görüşdə forvarda şans verməməsinə aydınlıq gətirib:

“Şənbə günü Mahir üçün asan olmadı. Bu səbəbdən onunla yenidən danışdım. Onunla daim əlaqə saxlayıram. Amma bu oyunçuya ehtiyacım var və mən bunu dəfələrlə ona söyləmişəm. Mahir bəzən qərarların onun əleyhinə deyil, başqası üçün verildiyini başa düşməlidir. 50 beynəlxalq oyun keçirib. Ona görə bunun onu narahat etməməsi yanlış reaksiya olardı”.

Bundan əlavə, “Bild” nəşri Emrelinin klubdan ayrılacağını və Cənubi Koreyaya köçəcəyini iddia edir. Lakin hələlik bununla bağlı rəsmi təsdiqin olmadığı da vurğulanıb.

Qeyd edək ki, Mahir mövsümün əvvəlində “Nürnberq”ə transfer olunub.

Teqlər:

"Miroslav Kloze: \"M\u0259nim Mahir Emreliy\u0259 ehtiyac\u0131m var\""

Əlaqəli Xəbərlər